Menu

Gürcüstandan Türkiyəyə qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb

06.05.2018, 13:02
Gürcüstandan Türkiyəyə qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 10 nəfər saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, saxlanılan şəxslər arasında 1 Azərbaycan vətəndaşı da var.

Azərbaycan vətəndaşı 3 Banqladeş vətəndaşı ilə Gürcüstan-Türkiyə sərhədində yerləşən Vale sərhəd-keçid məntəqəsi yaxınlığında dövlət sərhədini qanunsuz keçməyə cəhd edib. Qonşu ölkənin dövlət sərhədini pozmağa cəhd edən daha 5 Banqladeş və 1 Gürcüstan vətəndaşı isə Axaltsixe rayonunda Caral sərhəd bölməsi ərazisində saxlanılıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər sərhəd-keçid məntəqələrindən yan keçməklə Türkiyə ərazisinə daxil olmağa cəhd ediblər. Onları 4 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol