"Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidməti çox böyükdür. Onun ölkənin inkişafı uğrunda gördüyü işlər bu gün bütün sahələrdə özünü büruzə verir. Ona görə də ümummilli lider Heydər Əliyev təkcə ad günləri ərəfəsində deyil, hər gün yada salınır. Azərbaycanda hər bir sahənin inkişafında ulu öndərin uğurlu siyasətinin izləri var".
"Report" xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov hakim partiyanın ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçirdiyi tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ümummilli liderin müəyyənləşdirdiyi siyasət və dəyərlər sırf Azərbaycan xalqına xidmət edir: "Bu mənada xalq qarşısında göstərilən xidmətləri illərlə ölçmək mümkün deyil. Azərbaycan gəncləri Heydər Əliyev dəyərlərini dərindən öyrənməklə öz işlərini yerinə yetirirlər".
Ə.Əhmədov daha sonra xalq rəssamı Sakit Məmmədovun ulu öndər Heydər Əliyevə həsr etdiyi portretin açılışını edib.


Şərhlər
Doğru deyir.Kasıbçılığın , intiharların artmasında, 55 manat müavinət və 60-210 manat pensiyaların ,adi zəhmətkeşlərin 250-300 manat maaşlarında.təhsil və səhiyyənin bərbad olmasında. bir bölgənin səriştəsiz və bacarıqsız adamlarının ölkəni idarə etməsində və s.
Bu azdır?