Menu

“Azadlığa buraxılmağımda yalnız bir nəfərin müstəsna rolu olub”

18.07.2014, 11:51
“Azadlığa buraxılmağımda yalnız bir nəfərin müstəsna rolu olub”

“Mənim həbsdən azad olmağım göydə Allahın iradəsi, yerdə bəzi adamların xidmətləri sayəsində oldu”. Moderator.az-a açıqlama verən Ədalət partiyası sədrinin müavini Etimad İsmayılov belə deyib.

E.İsmayılov həbsdən azad olunmasında bəzi vəzifəli şəxslərin rolu olduğu haqda iddialara münasibət bildirərkən azadlığa qovuşmasında bir şəxsin xidməti olduğunu deyib.

“Mənim azadlığa buraxılmağımda Azərbaycandan yalnız bir nəfərin müstəsna rolu olub. O da Azərbaycan Prezidenti İlham Əliyevdir. Qanunsuz olaraq həbsdə saxlandığımı eşidən kimi cənab İlham Əliyev o dövrün Rusiyalı həmkarı Dmitri Medvedyevə zəng edib və ondan məhkəmənin ədalətlə aparılmasını istəyib. Medvedyev də öz növbəsində məhkəmə sisteminə bu cür göstəriş verib. Yenidən keçirilən məhkəmə nəticəsində günahım sübut olunmadığı üçün azadlığa buraxılmışam”.

Haqqında irəli sürülən ittihamdan bəraət almamasını Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs olunmasıyla izah edən Etimad İsmayılovun fikrincə ona bəraət verilsəydi, o zaman Rusiya özünün ən strateji önəm daşıyan orqanını ittiham qarşısında qoya bilərdi. "Odur ki, məni cəzamın geridə qalan hissəsini çəkməkdən azad etdilər.”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol