“Qarabağ” qəzetinin redaktoru Sarvan Ağayev yol qəzasında həlak olub. APA-nın məlumatına görə, iyulun 17-də jurnalisti Bakının Xətai rayonu ərazisində maşın vurub. Jurnalist Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
59 yaşlı Sarvan Ağayev Ağdamda anadan olmuşdu. Onun hüzr mərasimi Bakıda keçirilir.


Şərhlər