Menu

Təhsil Şöbəsi Saatlıda şagirdin dərs zamanı ölməsinin səbəbini açıqlayıb

08.05.2018, 15:38
Təhsil Şöbəsi Saatlıda şagirdin dərs zamanı ölməsinin səbəbini açıqlayıb

Saatlı rayonu, Sarıcala kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi Yəhya Ağayev tənəffüs zamanı ürək tutmasından vəfat edib.

Bu barədə APA-ya Saatlı Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, ilkin tibbi yardım göstərilməsinə və şagirdin xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol