Menu

Moskvada Bakının neft qülləsinə abidə qoyulub

09.05.2018, 17:32
Moskvada Bakının neft qülləsinə abidə qoyulub

Rusiyada İkinci Dünya müharibəsində əldə olunan qələbəyə Azərbaycanın verdiyi töhfəyə həsr olunmuş abidə açılıb.

Trend-in məlumatına görə, abidə Moskva vilayətində Lenin-Sneqirevskiy hərbi-tarix muzeyinin ərazisində açılıb.

Bu, müharibə dövründə sovet tankları, təyyarələri və avtomobilləri üçün yanacağın hasil olunduğu Bakıdakı neft qurğusunun kiçildilmiş surətidir.

1941-ci ildə SSRİ-də 33 milyon ton neft çıxarılıb ki, bunun da 23,5 milyon tonu Azərbaycan tərəfindən istehsal edilib.

"Neft qülləsi" abidəsinin açılışının təşəbbüskarı Moskva vilayətindəki azərbaycanlıların regional milli-mədəni muxtariyyətidir.

Şərhlər

t.ədalət 2018-05-09 17:32:14

Rəzalət.Torpaqlarımızı işğal et,erməniyə ver.On minlərlə balalarımızı qətl et.İndi də Moskvada neft buruğuna abidə qoy.Deməli,düşmən hələ də ərazilərimizin işğalını düşünür.Adamlarımıza qarşı qatil,əşyalarımıza dost olmaqla bizi hərifləmək istəyir..

keçici qırmızı bayraqlar 2018-05-09 17:32:14

Malades. Böyük gərdəşə təşəkkürlər. Başını yar ətəyinə qoz tök.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol