Menu

“Heydər Əliyev deyirdi ki, mənim yaratdığım partiya vaxtilə naxələf çıxıb” - Siyavuş Novruzov

10.05.2018, 14:50
“Heydər Əliyev deyirdi ki, mənim yaratdığım partiya vaxtilə naxələf çıxıb” - Siyavuş Novruzov

“Biri var Heydər Əliyevi görənlər, biri var onun haqda oxuyanlar, biri də var onun haqda eşidənlər.Biz onu görənlərik. Onun Azərbaycan üçün etdiyi xidmətlərin sayı hesabı yoxdu. Heydər Əliyev Azərbaycan xalqının nə düşündüyünü, nə fikirləşdiyini əzbər bilən insan idi. Bununla yanaşı o, çox ədalətli insan idi. Onun əsas prinsipi sosial ədalət idi. Həmin prinsip əsasında da fəaliyyət göstərirdi”.

Modern.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, vaxtilə Heydər Əliyevə qarşı Moskvada, Azərbaycanda yaşayanlar tərəfindən ədalətsizliklər olurdu.

“Amma bütün bunlara baxmayaraq, hər kəsə ədalətlə yanaşır, olanları bağışlayırdı. Heydər Əliyev isə ədalətsizliyə qarşı mübarizə aparırdı. O, mübariz idi. Amma wmummilli lider Heydər Əliyevi ağırıdan məsələ onun çörək verdiyi insanların sonradan xəyanət etməsi oldu. Onun vaxtilə çörək verdikləri bu Milli Məclisdə onun üzünə durmuşdu”.

S. Novruzov qeyd edib ki, Heydər Əliyev ümumbəşəri şəxsiyyətdir.

“O, bütün bəşəriyyət üçün çalışıb. Ümummilli lider partiya yaratmaq istəmirdi. Ona deyirdilər ki, partiya yarat. O deyirdi ki, mənim yaratdığım partiya vaxtilə naxələf çıxıb. Lakin sonradan əhalinin vəziyyətini gördükdən sonra YAP-ı yaratdı. Bu gün isə Yeni Azərbaycan Partiyası ulu öndərin əsasını qoyduğu siyasətin davam etidiriməsi istiqamətində əsaslı işlər aparır. Çünki bu siyasət Heydər Əliyev siyasi xəttidir. Bizim borcumuz müstəqil Azərbaycanın daimi olması üçün çalışmaqdır”.

Şərhlər

bitərəf 2018-05-10 14:50:34

Şox doğru! YAP-ın nazirləri və digərləri bunu artılaması ilə təsdiq ediblər.Allah rəhmət etsin.Doğrudan uzaq görənmiş.

Sis qaуa уadigarı 2018-05-10 14:50:34

Тəbii ki, H.Əliуev də kimi bir insan уalтaqlıgın fırıldaqçı və saтqın-düşmən тoru oldugunu bilməmiş deуildi? Z.Orucun "ola bilsin ki, Azərbaуcana Əliуev rəhbərlik eтməsin" və уa "H.Əliуevin уaraтdıgı naxələf parтiуa" frazaları heç də тam aуdın olmadı.

Akim 2018-05-10 14:50:34

....lap coşub.Yaqin bu çıxışa o bir hazırlaşıb.

miri 2018-05-10 14:50:34

İşdə çıxan məmurlar ya zindanliq,ya surgunluk, ya da o biri dünyalıq olur.Budurmu sadiq yolunuz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol