Menu

Metropolitendə maaşlar artırıldı - Rəhbər işçilərin

18.07.2014, 19:03
Metropolitendə maaşlar artırıldı - Rəhbər işçilərin

“Bakı Metropoliteni” QSC-nin bəzi işçilərinin maaşları artırılıb.

Bu barədə APA-ya qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmri ilə bəzi struktur rəhbərlərinin, stansiya işçilərinin maaşlarında təxminən 30-50 faiz artım olub.

O qeyd edib ki, ümumilikdə metro işçilərinin maaşlarına baxılır, mümkün variantlar nəzərdən keçirilir, gələcəkdə digər işçilərin də maaşlarının artırılması nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol