"Guya, Ermənistanın baş naziri Xankəndində olarkən jurnalistlərə deyib ki, Azərbaycan qorxaq dövlətdir, belə bir qorxaq dövlət və millətlə qonşu olmaq ermənilər üçün böyük xoşbəxtlikdir". Bunu sabiq YAP-çı deputat Alqış Həsənoğlu "Facebook"da bir neçə gündür Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanı qorxaq adlandırdığı barədə gedən müzakirələrə münasibət bildirərkən deyib.
A.Həsənoğlu Paşinyanın belə bir açıqlama vermədiyini, kimlərinsə qəsdən belə şaiyələr yaydığını deyib: "Mən Nikol Paşinyanın belə fikirlər deməsinə inanmıram. Cünki bu, ən azından ümümi erməni siyasəti və mahiyyəti ilə daban-dabana ziddir. Ermənilər həmişə hər yerdə iddia edirlər ki, Azərbaycan türkləri onlar üçün təhlükədir. Azərbaycan dövləti onları sıxır, əzir, iqtisadi layihələrdən kənarda qoyur. Bu siyasi xətt onlara - bizim "əzabkeş" qonşularımıza sərf edir və hətta uğur da gətirir. Xeyir ola, Paşinyan birdən-birə bizimlə qonşuluqdan hədsiz dərəcədə məmnun və xoşbəxt olmağa başlasın? Heç cür inandırıcı deyil.
İkincisi, Paşinyanın adından səsləndirilən fikirlərin heç bir istinad mənbəyi yoxdur.
Ücüncüsü, əgər o belə bəyanat veribsə belə, onun fikirlərini tələm-tələsik və həm də sevinclə yaymağın və tirajlamağın anlamı nədir?
Mən hesab edirəm ki, bu dezinformasiyanın bir hədəfi var. Bir neçə gün əvvəl Ermənistanın yeni prezidenti Sarkisyan “Exo Moskva” radiosuna verdiyi müsahibədə deyirdi: "Mən İlham Əliyevi yaxşı tanıyıram. Qarabağda vəziyyət hər an gərginləşə bilər”. Açıq-şkar görünür ki, Sarkisyan həmin bəyanatı müharibə xofunun təsiri altında verib. O, bununla həm də Azərbaycan dövlətinin, ordusunun qüdrətini və ilham Əliyevin qətiyyətini etiraf edirdi. Eyni zamanda, Sarkisyanın etirafı Azərbaycanın daxili auditoriyasında Azərbaycan prezidentinin müsbət mənada reytinqinə işləmiş oldu. Mən hesab edirəm ki, məhz bu səbəbdən Sarkisyanın həmin bəyanatını “zərərsizləşdirmək” məqsədi ilə sosial şəbəkədə Paşinyanın adından belə cəfəngiyyatlar uydurulur. Mənim heç şübhəm yoxdur ki, cəfəngiyyatın müəllifi “bizimkilər"dəndir".
V.Nəsibov

Şərhlər
Уalnız Ermənisтanın Baş Naziri seçilmiş Nikola Vovaeviç Paşin тəcili Şuşaуa-siуasi gedişi ........Ancaq, daşnaqların sakiт Şuşanı 366-nın hərbi тexnikası ilə işgalını dünуa aləminin 1941-45 ci il müharibə və hərbə qarşı eтiraz gününə əks QƏLƏBƏ kimi qeуdi, onun da xalq nümaуəndəsi deуil тəsadüfi oldugunu gosтərdi.
Bunlar xalqımızı aşağılayıblar, hakimiyətin ki, qətiyyətli olduğunu bildirərək tərifləyiblər. Hörmətli deputat daha niyə narahat olur ki.
Ela! Yeqin ki, Pawa bu yazini goren kimi deyecek, Alqiw sene Alqiw!
Paşayan deyibki,bu fikir yayılıb,Azərbaycan dövləti bunun bu fikrinden kozur- şüar kimi istifade edib,bütün dünyada Paşayani ve Ermənistanı biyaır etmek olar! Ondan sonra, onlara bir millet kimi öz ğücümuzü ğösterib,qorxaq olmadığımızı,sübut etmeliyik.Bunada qadirik!Ancaq varlı memur sinifi,ve bu Alqış kimiləri imkan vermez!Öz vardöletinin derdinden!Ona görede 30 ildir bu dılgir erməni ünvanımıza ne deyibse susmuşuq. İndi şansdi bu "qorxaq"sözünden istifadə edib,dünyalarını başlarına uçurmaq olar!
Nikol paşinyan iktidarlı müxalifet .........
Alqış layıram axırıncı cümlənizi: "Cəfəngiyatın müəllifi həqiqətən "sizinkilər"dəndir. Bunun sadə, kasıb, xalqını, millətini, torpağını sevən əsil Azəri balalarına aidiyyatı yoxdur.Cünki Vətən uğrunda canını feda edənlər sadaladığım kəslərin balalarıdır. Siz talıyın Dövləti.
Vallah bu adamın ağlına heyran qalmışam.....
Hələ Bayram müəllimi demirəm... O, bir ayrı aləmdir, oxunmamış kitabdır.
Bu ki, düşmənçilik - dövlətə, millətə xəyanətdir! Bəs, nə üçün düşməni tapıb, "xalqa təslim" etmirsiniz?! Hamınız "ümumi sözlər" danışırsınız...