Menu

Kriptovalyutalar ucuzlaşıb

11.05.2018, 11:48
Kriptovalyutalar ucuzlaşıb

Dünyanın aparıcı kriptovalyutası sayılan "Bitcoin"in qiyməti 9 min ABŞ dollarından aşağı düşüb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, "Bitfinex" birjasında onun qiyməti 8 993 dollar, GDAX birjasında 8 970 dollar təşkil edib.

"Bitcoin"lə yanaşı digər kriptovalyutanlar da ucuzlaşmaqdadır. Belə ki, "Etherium"un qiyməti 3,5% azalaraq 735 dollar, "Ripple"in qiyməti isə 5,6% azalaraq 0,76 dollar olub.

Qeyd edək ki, "Bitcoin"in qlobal kriptovalyuta bazarındakı payı 36,6%-dir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol