Menu

Azərbaycan vətəndaşları Qəzzadan təxliyə olundu

18.07.2014, 19:54
Azərbaycan vətəndaşları Qəzzadan təxliyə olundu

Qəzza bölgəsində yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin səyləri ilə bu bölgədən 11 Azərbaycan vətəndaşı təxliyə edilib.

Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, təxliyə prosesi Xarici İşlər Nazirliyi ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib.

Vətəndaşlarımız hal-hazırda Azərbaycandadırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol