«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp mayın 17-də Ağ Evdə NATO-nun Baş katibi Yens Stoltenberqi qəbul edəcək. Bu barədə Ağ Evin yaydığı xəbərdə söhbət açılır.
«İki lider NATO-nun iyulda keçiriləcək sammitini müzakirə edəcək və ABŞ üçün prioritet olan məsələlərə - xərclərin bərabər bolüşdürülməsi ehtiyacı və NATO-nun beynəlxalq terrorçuluqla mübarizədə rolunun irəli aparılması məsələlərinə baxacaqlar» - sənəddə deyilir.
NATO-nun 2014-cü ildə keçirilmiş sammitində qərar qəbul olunub ki, perspektivdə alyansın bütün üzvləri özlərinin müdafiə xərclərini ölkənin ümumi daxili məhsulunun (ÜDM) 2,0 faizinə çatdırsınlar. Hazırda cəmi 6 üzv ölkə bu şərti yerinə yetirib, qalanları, o cümlədən, Almaniya yerinə yetirməyib. Tramp dəfələrlə NATO üzrə həmkar ölkələri bu öhdəliyə əməl etməyə çağırıb və əks halda alyansın ümumi proqramlarında ölkəsinin iştirakını ixtisar edəcəyi ilə hədələyib.


Şərhlər