Menu

Abşeronda əlili döydülər, o da öz evini yandırdı - VİDEO (Yenilənib)

12.05.2018, 19:26
Abşeronda əlili döydülər, o da öz evini yandırdı  - VİDEO (Yenilənib)

Abşeron rayonunun Fatmayı qəsəbəsində Qarabağ müharibəsi veteranını pul vermədiyi üçün döyüb qanına qəltan edən qoçulardan birinin kimliyi məlumdur. Ötən gün qoçular tərəfindən döyülən və üzləşdiyi qanunsuzluğa etiraz olaraq tikdiyi evə od vurub yandıran Fuad Əkbərov həmin şəxslərdən birinin mobil telefonla çəkilmiş fotosunu redaksiyamıza təqdim edib.

Əkbərov virtualaz.org-a açıqlamasında deyib ki, hadisə gözlənilmədən baş verib. “Mən 2014-cü ildən o evdə yaşayırdım, bütün sənədlərim də qaydasında idi, o cümlədən evin “kupça”sı da var. Qəfildən baxdım ki, evin qabağında ekskovator dayandı və bir dəstə mülki geyimli üstümə hücum çəkdi. Dedilər ya pul ver, ya evini sökürük. Dedim pul verməyəcəm, əvvəla rüşvət verməyə pulum yoxdur, ikincisi mən bu evi qanuni tikmişəm, bütün sənədlərim də var. Sənədlərə filana məhəl qoymadılar. Məni 3 uşağımın gözü qarşısında döyüb bu hala saldılar”, - Fuad Əkbərov deyir.

Əkbərov onu döyən qoçuların hamısını tanıdığını deyir, dediyinə görə yaxınlıqdakılar şəkillərini də çəkiblər. O, başına gələnlərə etiraz olaraq özünü öldürmək istəyib, imkan verməyiblər, amma evə od vurmağa imkan tapıb. Xəstəxanaya müraciət edən Əkbərovda orta ağır xəsarətlər qeydə alınıb.

Xatırladaq ki, prokurorluq baş verənlərə görə Əkbərovun özünə qarşı cinayət işi açıb.

***

Bu günlərdə Abşeron rayonunda Qarabağ müharibəsi əlili Fuad Əkbərov rayonun İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın özbaşınalığına etiraz əlaməti olaraq öz evini yandırıb. Virtualaz.org xəbər verir ki, bu barədə Fuad Əkbərov YouTube videohostinqində yerləşdirdiyi müraciətində bildirib.

”Başda Baba adlı şəxs olmaqla polisin gözləri qarşısında məni bu hala saldılar. Bu ona görə baş verdi ki, razılaşmalısan. Əlimdə dövlətin verdiyi kupça var, amma pul tələb edirlər. Onlara əhəmiyyət vermədim deyə məni döyüb evi dağıtdılar. Etirazımı necə edə bilərəm? Bu, mənim mənzilimdi, bunu benzin tökərək yandıra bilərəm. Mən 214 manat pensiya alıram. Bunu necə sizə verə bilərəm. Amma İradə Gülməmmədovanın qocuları istəyir”, - bunu dedikdən sonra Fuad Əkbərov evini yandırıb.

Abşeron Rayon İcra Hakimiyyətindən bu gün bildirildiyinə görə, rayonda evin yandırılması ilə bağlı cinayət işi başlanıb.

Məlumatda qeyd edilir ki, bu il mayın 11-də Abşeron rayonu, Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əkbərov Fuad Mübariz oğlu rayonun Fatmai kəndi ərazisində yerləşən və içərisində yaşayış olmayan bir mərtəbəli yeni tikilini qabaqcadan hazırlanmış və təxribat, təhdid xarakteri daşıyan video çəkmək məqsədi ilə yandırıb: “Qeyd etmək istərdik ki, Fuad Ələkbərov Fatmai kəndi ərazisində əmlak alqı-satqısı ilə məşğul olur. Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Fuad Ələkbərovun məlum videoda iddia etdiyi kimi söküntü işləri aparmır və ondan hər hansı bir vəsait tələb olunmayıb. Üstəlik, ona qarşı hər hansı bir fiziki təzyiq göstərilməyib. Fuad Ələkbərov özünün bizə məlum olmayan məqsədləri üçün əvvəlcədən planlaşdırıb, hazırladığı ssenari üzrə addım ataraq internet televiziyasının nümayəndəsini tikilməkdə olan sözügedən mənzilə çağırıb və xüsusi hazırlanmış nitqi ilə video çəkiliş aparıb”.

Hazırda Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb və istintaq aparılır.

Şərhlər

1-ci qrup hərbi əlil 2018-05-12 19:26:07

Hörmətli AZPOLİTİKA mən sizi Xan Şuşinski 55 ünvanına Gran hospitalın özbaşınalıqlarına, sakinlərə və mənə qarşı hansı hörmətsizliklərini etdiyini şahidi olmaq üçün məhəlləmizə dəvət edirəm.Gəlin görün iş adamı özəl şirkət sahibləri hərbi əlilə nə cür davranırlar.Görəsən onlar hansı hərbi əlilə köməklik göstərib, müalicə edib, ev bağışlayıb.Bəlkə halal pulla tikiblər bu şirkətləri, bəlkə Gədəbəydə qızıl yatağı tapıblar.Gəlin görun və yazın.Qazilərin haqını yemək olmaz.Alahdan, onların qarğışından qorxun.

çina 2018-05-12 19:26:07

Allah kökünüzü kəssin. bu qədər də zülm olrmı?..

Elsevər 2018-05-12 19:26:07

Abşeron rayonunda bele hallar adi bir haldır




İnsan 2018-05-12 19:26:07

Əvvəla burda ...

Ramin 2018-05-12 19:26:07

O muharibede iwtirak edende bu qocularin ........

Rövşən 2018-05-12 19:26:07

MÜHARİBƏ İŞTİRAKÇISINA QARŞI BU HAQSIZLIQ NADANLIQDIR

ELXAN 2018-05-12 19:26:07

BİRAYDİR YAZİRİQ Kİ ABSERON RAYON İHA QANUNSUZ VƏ VƏZİFƏ CİNAYƏTİ TORƏTMƏSİ NƏTİCƏSİNDƏ MUHARİBƏ VETERANİ RASİM CAVADOVUN DOVLƏT QEYDİYATİNA ALİNMİS 120 KVM TEXNİKİ TƏMİR MƏNTƏQƏSSİ DAXİDİLİB VƏ ONA MƏXSUSU DƏYƏRİ 50 MİN MANATLİQ ƏMLAKİ TALANİB BUNA NƏ ABSERON RAYON POLİSİ BAXİR NƏ DƏ RAYON PROKURORU. BELƏ OLAN HALDA QANUNSUZLİQ HOKM SURƏN BU RAYONUN ƏHALİSİNİN UMUDU QALİB ALLAHA. ALLAH DA BUNLARDAN UZ DONDƏRİB DEYƏSƏN. NİYƏSİNİ İSƏ RESPUBLİKANUİN RƏHBƏRLİYİ BİLƏR. CUNKİ HARİNLİXİN SON HƏDDİ BU DEYİLMİ?

Bashirov Qarib 2018-05-12 19:26:07

Şəkildə əli qulaginda olan idmançı gorkəmindəki, əməlindən təşəxxuslə qurəlinən bu adamı, xususilə belə işlərdən sarı xususi olaraq bəsləyirlər.Duruşundan qalibiyyətindən həzz alır.Ona deyən yoxmu qanını axıtdıgın muharibədə şikəst olub.Özunu mudafiyə edə bilmir,intihara surukləyirsiniz.Zorla ruşvət tələb edirsiniz.Ə.Vahid yaxşı deyib Aguya dönsun o bir tikə çörəyi,... .... möhtac etdi bizi.

Xan Susinski 55 2018-05-12 19:26:07

Grand hospitalin sahibi Haci Rafiq evlerimizi ucuz qiymete zorla elimizden almaq isteyir.Heyetimizde ona mexsus olan 3 menzili sokerek berbad hala salmis,sokuntu neticesinde menzilimiz qezali veziyyete dusmusdur.Evleri sicovullar basib.Hara sikayet etsekde tedbir goren yoxdur.Birce caremiz evlerimizi ona bagislamaq qalib,cunki cox kasibdir.Sakinlerle gorusub onlari razi salmaq istemir.Defelerle bize soz verib ve aldadib.

muhariba veterani 2018-05-12 19:26:07

basci mutlaq istefa vermalidir

1-ci qrup hərbi əlil 2018-05-12 19:26:07

Grad hospitalın sahibi Hacı Rafiq və onun qoçuları İbrahim və Qurban Mən birici qrup hərbi əlilin özəl mənzilini Xan Şuşinski 55 ünvanında zorla ucuz qiymətə əlimdən almağa çalışırlar.Şikayət etsəmdə xeyri yoxdur.Bircə çarəm qalıb Gran hospitalın həyətində özümü yandırım və 2 otaqlı mənzilimi Hacı Rafiqə bağıçlayım, çünki çox kasıbdırlar, yeməyə çörəkləri yoxdur. Qanunlardan və Heç kəsdən qorxmursunuz barı ALLHDAN qorxun.Əlilin haqqını yemək olar.Hansə hərbi əlilə nə kömək etmisən.

Bashirov Qarib 2018-05-12 19:26:07

Rəsmi məlumata görə onu döyməyiblər və pul istəməyiblər.Bəs nə istəyiblər? Adam deyir muharibə əliliyəm,şikəstəm pensiya ilə dolanıram sizə pul verə bilmərəm.Ona cinayət işi açıblar ki,bizi təhdıd edib, zulmlə tikdirdiyi evi ozu məqsədli yandırıb. Qarabag əlili deyir bu zulmə dözməyib qaz trubasından özumu asacam,ruşvətə,zulmə usyan edirəm.Artıq ölkədə butun məmurlar milyard (on ton yuzluk paçkası)talamaq ugrunda savaşa giriblər.

t.ədalət 2018-05-12 19:26:07

Abşeron icra hakimiyyəti Z.Fərəcovun vaxtından qoçular oylağına çevrilib.Pul üçün hər şey edirlər.Yadınızdadırsa,Saray qəsəbəsində bələdiyyə sədrini və ərini də elə belə qoçular qətlə yetirdilər.Görünür, hansı səıbəbdəndirsə qoçulara meydan verirlər.Az.tv sədri A.Alışanovun da qoçuluğuna,necə deyərlər..... nəzər yetirilmir.Bu qoçuları ümumi bir tel bir-birinə bağlayır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol