Menu

Təyyarəni vuran raketin yeni videosu yayıldı - Video

19.07.2014, 08:35
Təyyarəni vuran raketin yeni videosu yayıldı - Video

Maşının yedəyindəki Malayziya təyyarəsini vuran zenit qurğusudur

Malayziyaya məxsus "Boeing 777" sərnişin təyyarəsini vuran raketin yeni videosu yayılıb.

ANS PRESS-in məlumatına görə, bu videonu Facebook səhifəsində paylaşan Ukrayna daxili işlər naziri iddia edir ki, yük maşınının yedəyindəki Malayziya təyyarəsini vuran zenit qurğusudur.

Separatçılar cinayətin izini itirmək üçün onu təcili şəkildə Rusiyaya aparırlar. Təbii ki, bu videonun həqiqiliyini yoxlamaq qeyri-mümkündür, lakin Rusiya və Ukrayna faciədə bir-birini ittiham edir və hər iki tərəf, nə qədər qəribə də olsa, sosial şəbəkədə yayılan görüntülərə, gizli telefon danışıqlarının səs yazısı iddia olan videolara müraciət edir.

Qeyd edək ki, Ukrayna tərəfinə məxsus olan versiyaya əsasən, Donetsk separatçıları böyük məsafədə təyyarəni vura bilən BUK-M raket qurğusunu Rusiyadan gətiriblər.

Bunun təsdiqi kimi, Rusiyameylli separatçılar arasındakı telefon danışıqlarının iddia olunduğu səs yazısını açıqlayıblar.

Bu danışıqlarda separatçılardan biri hesabat verir ki, BUK-M-i Rusiya sərhəddindən keçirərək Donetsk şəhərinə gətirib. Deyir ki, ancaq 1 qurğudur, 2-cisi anlaşılmazlıq üzündən Rusiyada qalıb. İzah edir ki, BUK öz gedişi ilə sərhədi keçəndən sonra onu yük maşınının yedəyində Donetskə gətirib və soruşur ki, onu hara təhvil versin. Cavab verirlər ki, yük maşınının yedəyində qalmalı və Vostok batalyonunun tank karvanı ilə Donetskdən şərqə aparılmalıdır.

Xatırladaq ki, Rusiyayönümlü silahlı separatçılar Ukraynanın şərq əyalətlərinə nəzarəti ələ alandan sonra dəfələrlə Ukrayna təyyarələrini atəşə tutublar. Bəzi hallarda həmin təyyarələr zədələrlə yerə enə bilib, lakin bir çox hallarda separatçıların atəşindən sonra yerə düşən təyyarə və vertolyotlarda onlarla adam həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol