Menu

Fəthullah Gülən də dilə gəldi

19.07.2014, 08:39
Fəthullah Gülən də dilə gəldi

"Fələstin xalqına başsağlığı diləyirəm"

"Hizmət" hərəkatının lideri Fəthullah Gülən İsrailin Qəzzaya qarşı təşkil etdiyi hücumlarda dünyasını dəyişən fələstinlilər üçün başsağlığı mesajı göndərib.

Fəthullah Gülən müqəddəs ramazan ayında, mübarək gecələr Qədir gecələri ərəfəsində qadın, uşaq demədən insanları qətl etməyin heç bir vicdana sığmadığını bildirib.

"Hücumlarda dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına və bütün Fələstin xalqına başsağlığı diləyirəm. İsrailin Qəzzaya qarşı bu hücumunun tezliklə sona çatması və sülhün təmin edilməsi üçün əlimizdən gələn, sadəcə dua ilə Cənabı Haqqın rəhmətinə sığınmaqdır. Allahın rəhmətinin leysan kimi yağdığı bu günlərdə ondan bütün məzlumlara və xüsusilə Qəzzalı qardaşlarımıza kömək olmasını dua edirəm." - deyə, Gülən başsağlığı mesajında söyləyib.

Qeyd edək ki, iki həftədir davam edən İsrail-Fələstin qarşıdurmasında günahsız insanların müharibə qurbanı olduğu halda, Gülənin bu barədə heç bir açıqlama verməməsi, səsinin çıxmaması qınanılırdı. /ANS

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol