«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp, Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə poliqonunu bağlamaq qərarını alqışlayıb və onun hakimiyyətinə təşəkkür edib.
Ağ Evin başçısı özünün «Tvitter»ində yazıb ki, bu qərarı ağıllı və alicənab bir jest kimi qəbul edib. O, xatırladıb ki, KXDR-nın lideri Kim Çen Inla görüşməyə hazırlaşır - görüş iyunun 12-də Sinqapurda keçiriləcək.
Bu ərəfədə Pxenyan elan edib ki, Pxungeri poliqonunun bağlanması mərasimi 23-25 may tarixlərində baş verəcək. Hazırda texniki hazırlıq işləri aparılır.
Şimali Koreya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndələrinin sözlərinə görə, Rusiya, Britaniya, Çin, Koreya Respublikası (Cənubi Koreya) və ABŞ jurnalistləri mərasimdə iştirak edəcəklər.


Şərhlər