Menu

Bakıda çoxmərtəbəli binada yanğın olub

13.05.2018, 17:18
Bakıda çoxmərtəbəli binada yanğın olub

Bu gün Bakı şəhərinin Nizami rayonunda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 4 m² olan plastik materialdan ibarət köşk yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaşayış binası yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol