"Təyyarəni Rusiya vurub"
Türkiyənin Bursa şəhərində danışan Baş nazir və prezidentliyə namizəd Ərdoğan Malayziya Hava yollarına məxsussərnişin təyyarəsinin Rusiya tərəfindən vurulduğunubildirib.
Axar.az xəbər verir ki, hər hansı bir dəlil ortaya qoymayan Ərdoğan ABŞ və Avropanın araşdırma nəticəsini gözlədiyi bir vaxtda qəti şəkildə Rusiyanı günahlandırıb.
"Təəssüf ki, təyyarə Rusiya tərəfində vuruldu. Amma biz sülh uğrunda çalışacağımızı demişdik"- deyən Ərdoğan eyni zamanda qərbi və ABŞ-ı Qəzzada baş verən hadisələrə qarşı biganə olmaqda günahlandırıb.


Şərhlər