Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimi keçirilib.
APA-nın xəbərinə görə, prezident İlham Əliyev mərasimdə iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına kompleks barədə məlumat verib. Sonra prezident kompleksi işə salıb və limanın ərazisini gəzib. O, kollektivin üzvləri və inşaatçılar ilə görüşüb.


Şərhlər