Menu

Abituriyentlərin 50 faizə yaxını 200-dən az bal toplayıb - Biabırçı nəticə

14.05.2018, 12:19
Abituriyentlərin 50 faizə yaxını 200-dən az bal toplayıb - Biabırçı nəticə

Bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7%-i 200-dən az bal toplayıb.

APA-nın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Jurnalda qeyd olunub ki, qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür: “0-700 bal diapazonunu şərti olaraq (0-199), (200-299), (300-499), (500-700) intervallarına bölərək, ənənəvi “2”,“3”,“4”,“5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, bu il abituriyentlərin 48.7 faizi imtahandan “2”, 18.4%-i “3”, 22.9%-i “4”, 10.0%-i isə “5” qiymət alıb. Ötən il bu göstəricilər, uyğun olaraq, 55.4%, 16.7%, 19.4%, 8.4% olub. Göründüyü kimi, bu il “2” qiymət alanların faizi nisbətən azalıb, “3”,“4” və “5” qiymət alanların faizi isə artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanma diaqramından görünür ki, onların 32.9%-ni “3”, 44.4%- ni “4”, 19.1%-ni isə “5” qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər, uyğun olaraq, 34.6%, 45.0%, 19.2% olub. V ixtisas qrupu üzrə ərizə verib qəbul (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış) imtahanlarında iştirak edən və qəbul olan abituriyentlərin bal göstəriciləri isə aşağıdakı diaqramlarda təsvir edilib. Bu imtahanlarda toplanılması mümkün olan maksimal bal 90-dır. Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 5.9%-nin topladığı bal 20-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 20-dən az bal toplayan yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin əksəriyyətinin imtahan nəticəsi (50–59) və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən (60–69) və (70–90) bal intervallarında daxildir”.

Bu il Xızı, Xaçmaz, Samux, Qobustan, Göygöl, Lerik, Ağsu, Sabirabad, Şamaxı, Lənkəran, Ağdaş, Şərur, Şəmkir, Goranboy və Quba rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 30%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

Şərhlər

millət 2018-05-14 12:19:20

Aldığı maaşı ailəsinin1 həftəlik dolanışığına çatmayan müəllimin keçdiyi dərsdən nə gözləyirdiz bəs? Çox qəribədi, oklad 18 saat 1 həftədə nəzərdə tutulur, maaş ayda 1 dəfə verilir. Day deyin maaşı 80 saata veririk də. yoxsa bu 18 saat nədi?

Müəllim 2018-05-14 12:19:20

Universitetlərə tləbə qəbulu boş,mənasız plan üzrə deyil,blikli abuturiyentlərin topladığı bala görə olmalıdır.Bisavad abuturienlərlə siyahi doldurmaq həm ölkəmizə və həm də təhsilə ağır zərbədir.Çünki belələri universitetlərdə rüşvətlə diplom alacaqlar və heç kəsə (rüşvət alanlardan baqa )xeyir verməyəcək.İkincisi də ölkəyə lazım olduğundan artıq diplomlu insanlr lazımdırmı? Axı onlar diplomla bazarlarda kartof satmağ məhkum olaaqlar. BUnu düşünmək faydalı olar.Abuturient seçilməli,konkurs keçməlidirlər.

pensioner 2018-05-14 12:19:20

Burada təəccüblü heç nə yoxdur.Məsələn Samux rayonunda riyaziyyat müəllimi musiqi dərsini tədris edir,vakansiyalar gizlədilir və s.Bütün respublika bu gündədir.

Müəllim 2018-05-14 12:19:20

Bu hal biabırçı yox,dəhşətli faktdır.Azərbaycanda insanlarının təhsilini niyə belə bu günə saldılar? Hərə bir eksperiment keçirib,həm orta və həm də ali məktəblərdə təhsili bərbad etdilər.Dərsliklər şagirlərin qavrama səviyyəsinə uyğun tərtib olunmadı,müəllimlər Pedaqoji universitetdən rüşvətə görə savadsız və məsuliyyətsiz hazırlandı.Məktəblərdə fənnlər üzrə dərsdən sonra dərnəklər ləğv edildi,rüşvət məktəbə də çatdı,
nəticədə hələ Cabbarov daha məsuliyyətli nazirliyə keçirildi.

AYZEK 2018-05-14 12:19:20

BU DİM İMTAHANLARI DA AZƏRBAYCAN ƏHALİSİ ÜÇÜN BİR PUL TƏLƏSİDİR.GİR DƏNƏ QOTUR DİPLOM ÜÇÜN NƏ QƏDƏR XƏRC ÇƏKİRSƏN AXIRDA DA BİR LOXA DƏRMAN OLMUR.MƏN YEMİRƏM GÖTÜR SƏN YE!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol