Menu

"Qara dənizlə Xəzər arasında kanal tikilsin" - Nazarbayev

14.05.2018, 20:26
"Qara dənizlə Xəzər arasında kanal tikilsin" - Nazarbayev

Qazaxıstan Avrasiya İqtisadi İttifaqının üzv ölkələrinə Qara dənizlə Xəzər dənizi arasında gəmiçilik kanalının tikintisinin mümkünlüyünü nəzərdən keçirməyi təklif edib.

Trend-in məlumatına görə, bu təkliflə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Soçidə qurumun iclası zamanı çıxış edib.

Qazaxıstan prezidenti bildirib ki, hər iki dənizi birləşdirəcək “Avrasiya” kanalı perspektivli layihələrdən ola bilər.

Bundan başqa, N.Nazarbayev Rusiya və Qazaxıstan ərazisindən keçəcək “Avrasiya” avtomagistralının tikilməsi təklifi ilə də çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol