Menu

Hüquq müdafiəçisi partiya sədrliyinə namizədliyini irəli sürüb

15.05.2018, 16:08

Oqtay GKlassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədrinin sabiq müavini, hüquq müdafiəçisi Oktay Gülalıyev partiya sədrliyinə namizədliyini irəli sürüb.

O.Gülalıyev “Report”a açıqlamasında deyib ki, qurultayın bu ilin ikinci yarısında keçirilməsi planlaşdırılır: “KXCP-nin Nizamnaməsinə əsasən, hüququmdan istifadə edərək partiya sədrliyinə namizədliyimi irəli sürmüşəm. Xatırlayırsınızsa, sonuncu qurultayda partiyanın hazırki sədri Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını açıqlamışdı. Partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə müraciət etmişəm ki, komitənin iclaslarında, partiyanın rayon və şəhər şöbələrinin konfranslarında iştirakım təmin edilsin. Amma müraciətimə cavab verilməyib. Hazırda görüşlər keçirirəm, üzvlərə fikirlərimi çatdırıram. Sədr seçilərəmsə, partiyanın güclənməsinə, əvvəlki nüfuzunun bərpa olunmasına, ölkə baş verən ictimai-siyasi proseslərə təsir imkanlarının artırılmasına çalışacam”.

O, KXCP-nin zəiflədiyini qeyd edib: “Klassik Xalq Cəbhəsi Partiyası ölkənin ən nüfuzlu təşkilatlarından olub. Son zamanlar isə müəyyən süstlük nəzərə çarpır. Bunun da obyektiv və subyektiv səbəbləri var”.

O.Gülalıyev Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) yaxın şəxs olması ilə bağlı iddialara da münasibət bildirib: “Hər hansı təşkilatla əlahiddə əlaqəm yoxdur. Yalnız Klassik Xalq Cəbhəsi Partiyasının üzvüyəm, yəni, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü deyiləm. Milli Şurada, Nida Vətəndaş Hərəkatında təmsil olunuram, həmin qurumlar da ictimai təşkilatlardır. Sadəcə, mübarizə aparan qurumlarla əməkdaşlıq etməyi üstün tuturam. Vaxtilə Klassik Xalq Cəbhəsi Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının birləşməsini arzu edənlər, bu istiqamətdə çalışanlar indi məni AXCP-yə yaxın olmaqda ittiham edirlər. Mən heç vaxt iki qurumun birləşməsi təşəbbüsü ilə çıxış etməmişəm. Düşünürəm ki, hakimiyyətlə mübarizə aparan qurumlarla səmimi müttəfiqlik etmək lazımdır. Mübarizədə mənim üçün siyasi mənsubiyyət arxa plana keçir”.

O, həmçinin KXCP rəhbərliyi ilə münasibətlərinin normal olduğunu bildirib.

Xatırladaq ki, O.Gülalıyev 2015-ci ildə KXCP sədrinin müavini vəzifəsindən azad edilib. Bu il isə partiya Ali Məclisinin üzvlüyündən xaric olunub.

Şərhlər

Vətəndaş 2018-05-15 16:08:48

Bu nə partiyabazlıqdır:
1.Azərbaycan Xalq Cəbhəsi-sədr Əli Kərimov
2.Klassik Xalq cəbhəsi-sədr Mirmahmud Mirəli oğluə
3.Umumi Xalq Cəbhəsi-sədr Q.Həsənquliyev
4.İkinci Xalq Cəbhəsi-sədr R.Nurullayev
Buradan bir sual ortaya çıxır ki. bu milləti 4-ə bplmək deyil?
Bununla nəyə nail olmaq ola bilər və bu qədər Xalq Cəbhəsi kimləri birləşdirir? Axı Azərbaycanda bir xalq var-Azərbaycanlılar.
Bunu bölmək anlaşılan deill.Hansı ehtiyacdan doğan məsələdir?
Yeni Partiya aşmaq istəyən adamona bir isim tapa bilməyibsə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol