Menu

"Müsavat Milli Şuraya ciddi zərbə vurmuş təşkilatdır" - Rafiq Manaflı

19.07.2014, 12:39
"Müsavat Milli Şuraya ciddi zərbə vurmuş təşkilatdır" - Rafiq Manaflı

“Müsavat Milli Şuraya ciddi zərbə vurmuş təşkilat olduğu üçün sessiyaları onların qərargahında keçirmək düzgün deyil”

Bu barədə APA-ya məlumat verən Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri Rafiq Manaflı qeyd edib ki, yaranmış vəziyyətlə əlaqədar Milli Şuranın sessiyaları gecikir.

Müsavat Partiyasının qərargahında sessiyanın keçirilməməsi məsələsinə gəlincə, R. Manaflı qarşı tərəfin buna etiraz etmədiyini deyib: “Ancaq düşünürəm ki, Müsavat heç bir səbəb göstərmədən Milli Şuradan çıxmış və quruma ciddi zərbə vurmuş bir təşkilat olduğu üçün onların qərargahında sessiya keçirilməsi düzgün deyil. Həm də bizim tərəfdən sessiyanın Müsavatda keçirilməsi haqqında bir istək yoxdur. Biz çalışırıq ki, yer icarəyə götürək və sessiyaları daim orda keçirək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol