Menu

"Azərbaycan İsraillə əməkdaşlıqda yeni səhifə açıb" - Mikayıl Cabbarov Qüdsdə

16.05.2018, 16:44
"Azərbaycan İsraillə əməkdaşlıqda yeni səhifə açıb" - Mikayıl Cabbarov Qüdsdə

Azərbaycan İsraillə əməkdaşlıqda yeni səhifə açıb.

Trend-in "Smegi" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov Azərbaycan-İsrail hökumətlərarası komissiyanın ilk iclasında bildirib.

M.Cabbarov deyib: "İsrail və innovasiyalar bu gün sinonimlər olub. İnnovasiyalar hazırda təkcə kompüter texnikası sahəsində deyil, demək olar ki, insan fəaliyyətinin bütün sahələrində tətbiq olunur. Ona görə də mən şadam ki, Azərbaycan İsraillə əməkdaşlıqda yeni səhifə açıb və ümid edirəm ki, bizi çox sayda birgə layihələr gözləyir".

Mayın 15-i Qüdsdə Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın inkişafı üzrə hökumətlərarası komissiyanın ilk iclası keçirilib.

İsrail tərəfdən komissiyanın həmsədri, ətraf mühitin mühafizəsi naziri Zeev Elkin bildirib: "Biz İsrailin baş naziri və Azərbaycan Prezidentinin birgə qərarı ilə yaradılan bu komissiyaya böyük əhəmiyyət veririk. Azərbaycan nümayəndə heyətinin tərkibinə bir çox nazirliklərin nümayəndələrinin daxil olması faktı İsrail ilə münasibətlərin inkişafının Azərbaycan üçün də böyük əhəmiyyətə malik olduğunu göstərir. Komissiyanın yaradılması çoxillik etibarlı əlaqələr ilə seçilən ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxaracaq və əməkdaşlığın yeni sahələrinin açılması üçün platforma olacaq".

Bundan əlavə tərəflər tibb sahəsində birgə elmi tədqiqatların aparılmasının mümkünlüyünü və İsrailin yüksək texnologiyalar şirkətlərinə Azərbaycan investisiyalarının perspektivlərini müzakirə ediblər.

Şərhlər

cəngərlik sakini 2018-05-16 16:44:06

dinindən aslı olmayaraq dünya yəhudiləri qınayır.Bunar güya müsəlmandır."Yəhudi və xristiyanı özünüzə dost tutmayın".Bu ALLAHın kəlamıdır.

Abit 2018-05-16 16:44:06

Yeni narahat olmayın yaxın vaxtlarda bizde Qüdsde eyleşecik.

EWDER 2018-05-16 16:44:06

HEC HENANIN YERIDI.AXIRI YAXWI OLSUN.

seymur 2018-05-16 16:44:06

birazdan xarici ishler naziri olacaq

sevdimalı 2018-05-16 16:44:06

indi heç ora getməyin məqamı idi? özü də hara - Qüdsə! Heç olmasa Tələvivə gedəydi..tam yanlış bir iş..söz tapmaq da olmur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol