Menu

Sumqayıtda ər arvadını qətlə yetirib

17.05.2018, 15:53
Sumqayıtda ər arvadını qətlə yetirib

Sumqayıtda ər arvadını amansızlıqla qətlə yetirib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub. Qətlin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol