Suriyanın Rastan və Talbisi şəhərləri ölkənin hərbi qüvvələrinin nəzarətinə keçib. Real TV xəbər verir ki, Homs vilayətində yerləşən hər iki şəhər ötən günə qədər 6 il ərzində üsyançıların nəzarətində olub.
Rusiyanın iştirakı ilə üsyançılarla hökumət rəsmiləri arasında əldə olunan razılaşmaya əsasən, üsyançılar ağır hərbi texnikanı və kiçikkalibrli silahları hökumətə təslim ediblər. Rastan və Talbisini 2500 üsyançı tərk edib.
Hökumət qüvvələri, eyni zamanda, Həma-Homs avtomagistralı üzərində də nəzarəti bərpa ediblər. Yol minadan təmizləndikdən sonra istismara veriləcək.
Hazırda üsyançıların nəzarətində qalan rayonlar Türkiyə və İordaniya ilə sərhəd bölgələr və Dəməşqin cənub hissəsindəki Yarmuk düşərgəsidir. (Realtv)


Şərhlər