Menu

“Səylərimi artıracam” - Anjey Kaspşik

18.05.2018, 10:18
“Səylərimi artıracam” - Anjey Kaspşik

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanda səfərdədir.

“Report” xəbər verir ki, ATƏT rəsmisi Yerevanda Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, tərəflər Ermənistan-Azərbaycan dövlət sərhədi və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyətdən danışıb, qoşunların təmas xəttində atəşkəsə əməl edilməsinin vacibliyini vurğulayıblar.

A.Kaspşik deyib ki, tərəflər arasında vasitəçi kimi gələcəkdə də münaqişənin həlli üçün səylərini artıracaq.

Şərhlər

EWDER 2018-05-18 10:18:05

ARTIR,BALA,ARTIR...VAXT BIZIM XEYRIMIZE IWLEYIR.INKIWAFDA OZ YERINDE

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol