Menu

"Səməd, sən daha da möhkəm, daha da mübariz ol" - Spiker

18.05.2018, 13:02

oqtay-esedov21“Azərbaycana qarşı AŞPA-da qəbul edilən sanksiya ilk deyil. Təəssüf ki, adını mətbuat orqanı qoyan bəzi saytlar bunu ilk sanksiya kimi əldə bayraq edir”.

APA-nın məlumatına görə, bunu spiker Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, belə bir sanksiya AŞPA-nın Azərbaycan Milli Məclisində keçirilən toplantısında da qəbul olunub: “Amma nə dəyişdi? Heç nə. O vaxt AŞPA-nın iclası Bakıda keçiriləndə biz Qarabağa qanunsuz səfər edən deputatın burada iştirak etməsinə icazə vermədik. Dərhal bizə qarşı sanksiya tətbiq etdilər ki, iki il Bakıda AŞPA-nın tədbirlərinə icazə verilməyəcək. Nə oldu? Bir il sonra özləri peşman oldular. Bizdə iclas keçirmək istədilər. Mən dedim ki, biz sanksiya altındayıq, olmaz. İndi də belə. Bu sanksiya da bizə təsir göstərməyəcək. Səməd Seyidovun fəaliyyətinə bələdik. Ona fəaliyyətinə görə təşəkkür edirik. O da, Azərbaycan nümayəndə heyəti də fəaliyyətini bundan sonra davam etdirəcək. Səməd, narahat olma. Sən daha da möhkəm, daha da mübariz ol”.

Şərhlər

vetendas 2018-05-18 13:02:39

Semed, ayyyyyyyyyyyyy Semed fikir eleme Iki ile pul yiqarsiz, gelen defe haminin aqzin- boqazin yaqliyarsiz! Iki il dincel. Bay-bay!!!!!!

ayzek 2018-05-18 13:02:39

səməd ölüb sabaha qalıb.yalandan ürək-dirək verməyin.

Azad Qarabaglı 2018-05-18 13:02:39

Qarabag İşgalçılarının silahlandırılmasına qarşı bircə bəуanaт belə vermədən, depuтaтların səfərinə qadaga qoуulması nə anlam verir? AŞPA "Erməni soуqırımı" qərarını ləgv edib, Qarabagda azərbaуcanlı soуqırımını qəbul eтmirsə, bu hərbi işgalçılara dəsтək və Bakıуа тəhqirdir. Bunları kəskin bəуan eтməуən iki Bakı RƏSMİsinin birinin digərinə geniş məтbuaтla ürək-dirəуi əhalidən gizli AŞPA ilə razılıqlarının inikası deуilmi?!

EWDER 2018-05-18 13:02:39

SEMED , AY SEMED ....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol