Menu

“NATO-dan real addımlar gözləyirik”

19.07.2014, 19:59
“NATO-dan real addımlar gözləyirik”

Bunu “Acariya” telekanalının efirində Gürcüstan prezidenti Georgi Marqvelaşvili bəyan edib

Gürcüstan NATO-dan real və gerçək addımlar gözləyir. Bunu “Acariya” telekanalının efirində Gürcüstan prezidenti Georgi Marqvelaşvili bəyan edib.

Gürcüstanın NATO üçün böyük əhəmiyyətə malik olduğunu deyən G. Marqvelaşvili qeyd edib ki, bu, təkcə ölkəsinin alyansla eyni dəyərləri bölüşməsi ilə bağlı deyil.

“Biz bölgədə ciddi geosiyasi rol oynayırıq. NATO üçün isə regionumuzdakı sabitlik böyük əhəmiyyət kəsb edir”, - deyə o vurğulayıb.

Gürcüstan prezidenti bildirib ki, NATO Gürcüstanın əldə etdiyi tərəqqini təkcə şüarlarla tanımamalıdır, eyni zamanda real inteqrasiyanı və ölkənin müdafiə imkanlarının gücləndirilməsini təmin etməlidir. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol