Menu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti təkmilləşdiriləcək

21.05.2018, 13:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti təkmilləşdiriləcək

"Bizim əsas prioritetimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti çərçivəsində göstərilən bütün xidmətlərdə şəffaflığın təmin olunması, süründürməçiliyə yol verilməməsi və əlbəttə sosial ədalətin təmin olunması olacaq".

"APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı bildirib.

S.Babayevin sözlərinə görə, bu çərçivədə bütün istiqamətlər üzrə təkmilləşdirmə işləri aparılacaq, əhaliyə daha yaxşı xidmət göstərilməsi üçün işlər görüləcək.

"Sosial sektorun daha səmərəli və effektiv fəaliyyəti üçün sistemli işlərimizi aparacağıq. Konkret məsələlərə gəldikdə, müvafiq istiqamətlər üzrə işçi qruplar yaradılıb, o komissiyaların fəaliyyəti çərçivəsində təkliflər hazırlanacaq, qərarlar qəbul ediləcək",- deyə nazir əlavə edib.

Şərhlər

Nadir. 2018-05-21 13:04:02

Bismillahir-Rəhmanir-Rəhim.
Bir nəfərə edilən ədalətsizlik, hamı üçün təhlükəlidir.
Mən bu yazımla,halmdan şikayətlənmək deyil . Məğzi bundan ibarətdir ki, hörmətli nazir Sizə kömək etməkdir. Daha pis tərəfi ondadır ki, Siz mətbuatda yazılanları, nədə Sizə gələn şikayətləri oxuyursunuz. Reallıq onu göstərdi ki, problemlərdə həmişəki kimi qalacaq və dəyişiklik olmayacaq. Misal:Mən Sizə 23.04.2018-də e-poçtla şikayət yazmışam.Heç maraqlnanda yoxdur.
Möhtərəm Prezidentimiz çıxışlarında məmurların öz vəzifələrini vicdanla yerinə yetirməyi, vətəndaşların müraciətlərinə diqqətlə yanaşmağı dəfələrlə tapşırmışdır.Yeni nazir kimi Prezidentin kargüzarlıq sahəsində olan Fərmanlarının icrasından başlamaq lazımdır.Vətəndaşların müraciətlərinə diqqətlə yanaşmaq lazımdır.

Hörmətli oxucular! 2018-05-21 13:04:02

Bismillahir-Rəhmanir-Rəhim.
Bir nəfərə edilən ədalətsizlik, hamı üçün təhlükəlidir.
Konfutsinin bir fikirlərini yada salaq“Şikayət və sızlamaların əlindən əsl hədəf görünmür”.Mən bu yazımla,halmdan şikayətlənmək deyil . Məğzi bundan ibarətdir ki, hörmətli nazir Sizə kömək etməkdir. Daha pis tərəfi ondadır ki, Siz mətbuatda yazılanları, nədə Sizə gələn şikayətləri oxuyursunuz. Reallıq onu göstərdi ki, problemlərdə həmişəki kimi qalır. Misal:Mən Sizə 23.04.2018-də e-poçtla şikayət yazmışam.Heç maraqlnanda yoxdur.
Möhtərəm Prezidentimiz çıxışlarında məmurların öz vəzifələrini vicdanla yerinə yetirməyi, vətəndaşların müraciətlərinə diqqətlə yanaşmağı dəfələrlə tapşırmışdır.Yeni nazir kimi Prezidentin kargüzarlıq sahəsində olan Fərmanlarının icrasından başlamaq lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol