Menu

Şəhid əsgər “Şücaətə görə” medalı ilə təltif olunub

22.05.2018, 13:51
Şəhid əsgər “Şücaətə görə” medalı ilə təltif olunub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub. APA-nın məlumatına görə, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Medal sabah Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində şəhidin ailəsinə təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Adil Əli oğlu Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olub.

Şəhid hərbçi anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.

Şərhlər

t.ədalət 2018-05-22 13:51:26

Müharibə olmayan şəraitdə əsgər itkisi çox ağırdır.Ölümündən sonra hansısa medalı vermək yox,müharibə aparılmayan şəraitdə həmin əsgərin özünü qorumaq lazımdır.

X 2018-05-22 13:51:26

INSALLAH KI BU QEDER AXAN VETEN BALALARININ QANI YARANA MELHEM OLAR AZERBAYCAN RUHUN SAD OLSUN NAKAM EVLADIMIZ

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol