Menu

Məleykə Abbaszadə abituriyentlərə xəbərdarlıq edib

22.05.2018, 16:40
Məleykə Abbaszadə abituriyentlərə xəbərdarlıq edib

“Təəssüflər olsun ki, bəzi abituriyentlər ikinci, yəni yay imtahanına qanun-qaydanı pozmaq üçün gəlirlər”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, yay imtahanında hansısa qayda pozuntusuna yol verən abituriyentlərin ilk imtahanda əldə etdikləri nəticələri də ləğv olunacaq: “İstər yaz, istərsə də yay imtahanında qaydaları pozan abituriyentlərin bütün nəticələri ləğv olunacaq və onların bu il üzrə heç bir imtahan nəticələri olmayacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol