Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında” fərmanda dəyişiklik edib.
“Report” xəbər verir ki, dəyişikliyə əsasən, yol hərəkəti qaydalarının və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə Daxili İşlər Nazirliyinin İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq etdiyi cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən həmin Nazirliyin “Yol hərəkəti haqqında” qanunun 23-cü maddəsinin II hissəsində nəzərdə tutulan hesabına köçürülən vəsaitin 25 faizi Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb edilən əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunacaq.


Şərhlər
bundan sonra ,var gucleri ile adamlari gudub ,tenge getirerler,neye gore dovlet polis ishcisinde marag yaradir,cox protokol yazmaga gore,hami polise ishe duzelmeye can atacag,ele bil ki dovletle sherikli ish acirlar. onsuzda butun dovlet ishcileri kimi maash alirrlar.
o zaman butun nazirliklerin hamisina bu pulu versinler de,hamisi demek olar ki inzibati protokol yaza biler oz sahesi uzre.
Allah heç xeyir verməsin, burunlarıdan gəlsin. Aldıqları rüşvət bəs eləmir???
Yəqin səngərdəki zabitdən bunlar bu dövlət üçün daha çox iş görürlər. Rüşvət çox olsa basılmaz vətən!!!
ala bilsələr pis deyil ! lakin şöbə muduru var idarə rəisləri var bəs onlar hara baxir?