Menu

Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz

20.07.2014, 14:53
Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz

Sabah Bakıda gündüz 31-33 dərəcə isti olacağı gözlənilir

İyulun 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Abşeron yarımadasında temperatur gecə 20-25 dərəcə isti, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 31-33 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 29-34 dərəcə isti olacaq.

Aran rayonlarında iyulun 21-də havanın əsasən yağmursuz olacağı, temperaturun gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol