"Ailələrin dağılması ciddi problemə çevrilib”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, bunun səbəblərin biri də valideynlərin ailəyə müdaxiləsidir: “Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili var... Deyirlər, yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil”.
S.Novruzov qeyd edib ki, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var. Ailədən uzaq insanları mütəmadi olaraq televiziyada efirə çıxarırlar. Bir neçə gün bundan öncə, abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi. Keçmişdə belə halları təbliğ etmirdilər”.
Komitə sədri qeyd edib ki, ölkədə qız qaçırmaya görə də, adam oğurluğuna görə də eyni maddə tətbiq olunur, bu, düzgün deyil: “Bəlkə qız və oğlan bir-birlərini seviblər, valideynlər isə razı olmayıb, onlar da bu cür addım atıblar”.


Şərhlər
Qızın istəyi olmadan onun qaçırılması adam oğurluğudur!
Ay... iş var ki????
Sen inshallah bele evlenmessen. Gabagiva megsed goy menim balam. Elde her bir shey eliyennen sonra evlenersen. Azerbaycanda her ogulunun huneri deyil dediyin kimi aile gurmag . Ekranin o biri terefinnen danishmaga g.......da vermiller
Bunun mesulliyeti siz deputatlarin boynuna dusur ne etsin evlenmesin onsuzda bu memleketde ne is var nedeguc ya ol ya qal oz isindi
Qız qaçırmaqla adam oğurluğunu eyniləşdirmək nadanlıqdır.Bəlkə bir-birlərini sevib evləniblər?Əlbəttə,zor ilə qaçıranlar həmişə cəzalandırılıblar.İndi polis qazansın deyə,malı mala" qatanlar",yəni adam oğurluğu ilə ailə qurmaq istəyənləri eyniləşdirmək qanuna hörmətsizlikdir.Necə ki büdcə dolsun deyə,hər tərəfi cərimə obyektinə çeviriblər,eləcə də dədə-baba ənənələrinə qulp qoyublar..