Menu

Mingəçevirdə iki aydır itkin düşmüş şəxsin meyiti tapılıb

23.05.2018, 21:50
Mingəçevirdə iki aydır itkin düşmüş şəxsin meyiti tapılıb

Mingəçevir şəhərində kişi meyiti tapılıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, meyit keçmiş Ağac Emalı Zavodunun həyətində aşkarlanıb.

Onun 1967-ci il təvəllüdlü, Yevlax rayon sakini Ərəstun Bəxtiyar oğlu Məmmədov olduğu müəyyən olunub.

Qeyd edək ki, mərhum iki aydır itkin düşmüş kimi axtarışda olub.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol