Menu

NATO rəsmisi Azərbaycan kəşfiyyatçılarının təlimini izləyib - FOTOLAR

24.05.2018, 19:22
NATO rəsmisi Azərbaycan kəşfiyyatçılarının təlimini izləyib  - FOTOLAR

Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimində yüksək səviyyəli qonaqlar günü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, MN-in general heyəti ilə birgə Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi, diviziya generalı Erhan Uzun və ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri təlimi izləyiblər.

Təlim mayın 25-də sona çatacaq.

[gallery size="full" columns="4" ids="421308,421309,421310,421311,421312,421313,421314,421316"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol