Menu

«ABŞ Şimali Koreyaya təzyiqləri davam etdirəcək» - Pentaqon

24.05.2018, 23:41
«ABŞ Şimali Koreyaya təzyiqləri davam etdirəcək» - Pentaqon

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) silahlı qüvvələri (SQ) qərargah rəisləri Birləşmiş komitəsinin nümayəndəsi general-leytenant Kennet Makkenzi cümə axşamı jurnalistlərə bəyan edib ki, ABŞ hərbçiləri Koreya Xalq Demokratik Respublikasına (KXDR) maksimum təzyiq göstərməkdə davam edəcəklər. O  cümlədən, müttəfiqlərlə hərbi təlimlər keçirəcəklər.

«Biz, KXDR-a maksimum təzyiq kompaniyasını davam etdirəcəyik. Bu, Cənubi Koreadakı yüksək hazırlıqlı qüvvələrin işə cəlb olunmasını özündə əks etdirir. Bu, təlimdir ki, biz Cənubi Koreyalı və Yaponiyalı müttəfiqlərimizlə keçirməkdə davam edəcəyik» - deyə, general bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol