Menu

“Daha hec kimə belə sonluq arzulamazdım...” - Bahar Muradova

25.05.2018, 12:31

bahar muradova_963“Mənsub olduğu xalqın vicdanlı nümayəndəsi və ölkəsinin vətəndaşı ola bilməyən, olmaq istəməyən birisi “dunya vətəndaşı” hec ola bilməz. Yalnız milli və bəşəri idealları vəhdətdə götürməyi bacaranlar cərcivələri yara və proseslərin fövqünə qalxa bilərlər. Həyat göstərdi ki, yalnız hec bir əndazəyə sığmayan hərəkətləri və sensasion acıqlamaları ilə "məşhurluq" qazanmaqla öz konyuktur maraqlarını doğma xalqının və insanlığın mənafeyinə xidmətdən üstün tutanlar mütləq şəkildə "bizim kinossenarist" Rustəm İbrahimbəyovun aqibəti ilə üzləşəcəklər”.

“Report”un xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova özünün facebook hesabında yazıb.

“İxtiyar yaşında öz günahı üzündən soydaşları arasında olub qalan hörmət və nüfuzunu itirənlər başqalarnın sevgisini qazana bilməzlər. Həm də ki, artıq buna vaxt qalmayıb.

Daha hec kimə belə sonluq arzulamazdım...”, - deyə, B.Muradova əlavə edib.

Şərhlər

matin 2018-05-25 12:31:30

eşq olsun traktoristə!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol