Ən yaxşı göstərici vaxtilə Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış "Neftçi"yə məxsusdur. Paytaxt təmsilçisi 454 komanda arasında 7,475 xalla 187-ci sıradadı. "Qarabağ" 6,975 xalla 197-ci, "İnter" isə 4,475 xalla 267-ci yerdədi.
"Xəzər Lənkəran" 3,725 xalla 298-ci, "Bakı" 2,725 xalla 349-cu, "Qəbələ" və AZAL eyni xalla (2,225) 382-cidir.
Bildirək ki, Azərbaycan UEFA reytinqində hazırda 54 ölkə arasında 9,875 xalla 30-cu pillədə qərarlaşıb. /SalamNews


Şərhlər