Menu

Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb - VİDEO

25.05.2018, 19:08
Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb - VİDEO

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi bu gün başa çatıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Qaraheybət Təlim Mərkəzində keçirilən təlimdə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.

Bölüyün qiymətləndirilməsi NATO Quru Qoşunları Komandanlığının monitorinq qrupu tərəfindən izlənilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol