"Azərbaycan Xalq Cümhuriyyəti qürur yerimiz, iftixarımız, yüksək dəyərlərlə tarix yaradan bir quruluşdur".
"Report" xəbər verir ki, bunu "AZƏRTAC"a açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
Birinci Dünya müharibəsi dövründə, Azərbaycan Xalq Cümhuriyyəti qurulan ərəfədə, eləcə də Cümhuriyyətimizin süqutundan sonra iki qardaş ölkə arasındakı münasibətləri xatırladan Baş müşavir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün görkəmli siyasi və dövlət xadimi Nəriman Nərimanovdan borc istəməsinə cavab olaraq N.Nərimanovun “Paşam, qardaş qardaşa borc verməz, əl tutar” ifadəsinin nəsillərə örnək olduğunu söyləyib: "Azərbaycanın sürətlə inkişafı Türkiyənin gücünü daha da artırır. Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası və dinamik inkişafı Türkiyədə öz sevincimiz kimi qarşılanır".


Şərhlər
Böyük ehtiram bəslədiyimiz,sevdiyimiz Yalçın bəy! Nəriman Nərimanov bolşevikdir.Onun bizim qürur yerimiz olan Demokratik Cümhuriyyətlə heç bir bağlılığı yoxdur.Bu yubiley günündə AXC qurucuları ilə yanaşı N.Nərimanovu yada salmaq bizim şanlı tariximizə bir təhqirdir.N.Nərimanov kommunistlərin and yeridir.Müstəqilliyimizin əleyhdarlarının və rus casuslarının ürəyində N.Nərimanovun adı həmişə yaşayacaq.
Sizlerin gurur yeri ola biler,amma ermeni-kurd məmurların yox.... Resulzadenin balaca bir bustu var,onun da bashina torba kecirdiler,hemin dilgir gedə ... deputat oldu.Bu gün vəzifədə olanların çoxu mustegilliye ses vermeyibler.Ne uzle bayram edirler?