“Bu gün Azərbaycanda sözün əsl mənasında müstəqil siyasət yürüdülür. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub”.
APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxışında deyib.
Dövlət başçısı xalqın maraqlarının siyasətin mənbəyi olduğunu və ölkədə qazanılan uğurların əsasında xalq, iqtidar həmrəyliyinin dayandığını, ölkənin beynəlxalq nüfuz və mövqeyinin daha da möhkəmləndirildiyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyətini vurğulayan dövlət başçısı deyib ki, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaradılmasına imkan verilməyəcək: “Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır və biz bunu döyüş meydanında da sübut etmişik. 2016-cı ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu göstərir ki, güclü ordu müstəqilliyin qarantıdır”.


Şərhlər
Hörmətli Cənab Prezident!Sizin ünvanınıza elektron poçt vasitəsilə çoxsaylı müraciətlər etməyimə baxmayaraq, müraciətlərim sizə çatdırılmamış,araşdırılmadan "Arxivə" tullamışlar.Müraciətlərim Sizə çatdırılseydi,çoxdan qanuni tədbirlər görülərdi.Axırıncı dəfə e/p vasitəsilə ünvanınıza 13.05.2018-ci il tarixdə müraciət etmişəm. Müraciətimi məktublar şöbəsindən tələb edib tanış olmağınızı və qanuni tədbirlər görməyinizi Sizdən xahiş edirik. Əvvəlcədən Sizə öz dərin təşəkkürlərimi bildirirəm.Allah Sizi qorusun
Bu gün Azərbaycanımız Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqlı davamçısı cənab Prezidentimiz İ.Əliyev tərəfindən uğurla davam etdirlir və Azərbaycanımız inkişaf etmiş dövlətlər sırasında öz layiqli yerini tutmuşdur. Azərbaycan yeganə dövlətdir ki,xalqımız firavan,qorxusuz sülh şəraitində yaşayır.
Əfsuslar olsun ki,cənab Prezidentin sərəncamı ilə təyin olunan məmurlar öz xidmətəri ilə Dövlət Başçısının etimadını doğrultmaq əvəzinə,vətəndaşı dövlətdən narazı salma hallarına şərait yaradırlar.
Cənab
Biz nə vaxt Cənubi Azərbaycanı və İrəvan xanlığını da alıb bütöv Azərbaycan yaradacağıq?