Menu

Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün klublar müəyyənləşib

28.05.2018, 22:14
Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün klublar müəyyənləşib

Azərbaycanı Avropa kuboklarında təmsil edəcək bütün komandaların adları müəyyənləşib.

"Report"un məlumatına görə, sonuncu vəsiqənin taleyinə "Keşlə" və "Qəbələ" arasındakı final matçından sonra aydınlıq gəlib.

Paytaxt təmsilçisi 1:0 hesablı qələbə sayəsində tarixində ilk dəfə ölkə kubokunu qazanıb. Yuri Maksimovun baş məşqçi olduğu kollektiv həm də Avropa Liqasına yüksəlib. Bununla da Azərbaycan Premyer Liqasında 4-cü yeri tutmuş "Zirə"nin Avroliqa ümidləri puça çıxıb.

Beləliklə, 2018-2019 mövsümündə Azərbaycanı Çempionlar Liqasında qızıl medalçı "Qarabağ", Avropa Liqasında isə gümüş və bürünc mükafatçılar "Qəbələ", "Neftçi", eləcə də kubokun sahibi "Keşlə" təmsil edəcək. Bütün 4 komanda mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

Qeyd edək ki, Yuri Maksimov həm də "Keşlə"yə (əvvəlki adı "İnter") Azərbaycan Kubokunu qazandıran ilk baş məşqçi kimi tarixə düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol