Türkiyənin Kəmər şəhərinin otellərinin birində ruslarla ukraynalılar arasında kütləvi dava düşüb. Axar.az xəbər verir ki, davanın başlanmasına Ukraynadan olan turistlərin oradakı ruslara qarşı atmacaları səbəb olub.
Nahardan sonra ruslar ukraynalıların atmacalarına aqressiv şəkildə reaksiya verib. Başlanan mübahisə tez bir zamanda əlbəyaxa davaya keçib.
“Oturacaqlar, kürsülər vasitəsilə bir-birilərinə vururdular. Dava “Vəhşi Qərb salonu”nu xatırladırdı. Hadisə yerinə çoxlu sayda polis cəlb olunduqdan sonra ara sakitləşib”, - deyə hadisə şahidlərindən biri bildirib.


Şərhlər