Menu

Qəbələ sakini intihara cəhd edib

30.05.2018, 15:07
Qəbələ sakini intihara cəhd edib

Qəbələ rayonunda intihara cəhd hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Vəndam qəsəbəsində qəsəbə sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Orxan Elman oğlu yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən tez xəbər tutaraq onu ölümdən son anda xilas ediblər. Boğularaq huşunu itirən Orxan təcili olaraq Qəbələ rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol