Menu

Gömrükdə İnterpol axtarışında olan avtomobil saxlanıldı

30.05.2018, 15:13
Gömrükdə İnterpol axtarışında olan avtomobil saxlanıldı

Avtonəqliyyat Baş Gömrük İdarəsində Gürcüstandan Azərbaycana gətirilən "Lexus RX200T" markalı avtomobilə risk analizləri nəticəsində baxış keçirilib.

DGK-dan verilən məlumata görə, yoxlama zamanı, 2017-cı ildə istehsal olunan həmin nəqliyyat vasitəsinin ban nömrəsinin İnterpol bazasında beynəlxalq axtarışda olan avtomobilə aid olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol