Menu

Kənd Təsərrüfatı Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb

30.05.2018, 17:19
Kənd Təsərrüfatı Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb

Bu gün Kənd Təsərrüfatı Nazirliyində qurumun tabeliyindəki strukturların, Ərazi Kənd Təsərrüfatı İdarələrinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov deyib.

Onun sözlərinə görə, işlərində yol verdikləri ciddi nöqsanlara görə Ağstafa və Yardımlı Rayon Kənd Təsərrüfatı İdarələrinin rəisləri Əliyev İltifat Abı oğlu və İsmayılov Fəxrəddin Baxış oğlu tutduqları vəzifədən azad olunublar.

Şərhlər

G.H 2018-05-30 17:19:12

ALLAHinizi sevin!!!! Teyin oldugunuz gunden etibaren ancaq kadr deyisirsiniz. Bir ish gorun bu kendliler ucun. Hesabatliqla mesqul olun sozde yoooooixxxx emellerizle. Heyvanlar olur xestelikden, barama mekteblerdedi. Budu gorduyunuz innovativ ishler? Qarisdirdiz bu ishleri asanlasdirmaqla))) asancilar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol