Menu

Türkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi bəlli olub

30.05.2018, 21:57
Türkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi bəlli olub

Türkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Report"un klubun saytına istinadla verdiyi məlumata görə, komanda Tamer Tunaya tapşırılıb.

42 yaşlı mütəxəssislə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Tamer Tuna başa çatan mövsümdə "Göztəpə" klubunda işləyib. O, 2014-2015 mövsümündə "Sivasspor"da köməkçi məşqçi vəzifəsini yerinə yetirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol