Əgər Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyəyə beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrini verməsə, Türkiyə belə təyyarələrə olan tələbatını «başqa yerdən» ödəyəcək.
«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bəyan edib.
Bundan əvvəl Türkiyənin «Yeni şəfəq» qəzeti belə bir informasiya dərc etmişdi ki, əgər Birləşmiş Ştatlar F-35-lərin Türkiyəyə verilməsini bloklasa (Rusiyadan S-400 ZRK aldığına görə), Ankara ABŞ-ın F-35 təyyarələrinin əvəzində, Rusiyadan beşinci nəsil Su-57 qırıcıları ala bilər.
«F-35-lərlə bağlı şəxsən mənim heç bir narahatlığım yoxdur - bu müqavilə hüquqi baxımdan məcburedicidir, onu sadəcə «sıfırlamaq» olmaz. Əgər o təyyarələr bizə verilməsə, o zaman biz öz ehtiyacımızı başqa yerdən ödəyəcəyik» - deyə, NTV telekanalı nazirdən sitat gətirir.


Şərhlər